21 Avqust 2022 10:13
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb ölkələri Somalinin paytaxtı Moqadişoda “Aş-Şabab” silahlılarının “Hayat” otelinə hücumunu pisləyib.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Bəhreyn, İordaniya və Küveytin xarici işlər nazirlikləri Somalidə törədilən terror aktını pisləyən bəyanat yayıb.

Ərəb Parlamentinin sədri Adil bin Əbdürrəhman əl-Usumi terrorizmlə mübarizədə Somali hökumətinə dəstəyini, onun ərazisini və vətəndaşlarını qorumaq üçün görülən tədbirləri qeyd edib.

Usumi beynəlxalq ictimaiyyəti terrorizmin kökünü kəsmək və ölkəyə sülh gətirmək üçün Somali hökuməti və təhlükəsizlik qüvvələrinə lazımi dəstəyi verməyə çağırıb.

Xatırladaq ki, avqustun 20-də “Aş-Şabab” terror təşkilatı silahlılarının Moqadişoda “Hayat” otelinə hücumu nəticəsində 21 nəfər həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər