22 Avqust 2022 14:19
3 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkəni tərk edib.

Teleqraf.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə onun ofisi məlumat yayıb.

Onun ölkədən çıxmasına məhkəmənin icazə verdiyi bildirilir.

Köçəryanın hara getdiyi açıqlanmayıb, lakin bu ölkənin Rusiya olmadığı vurğulanıb.

Robert Köçəryan avqustun 29-dək Ermənistandan kənarda olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər