İranlı hakerlərin aralarında Türkiyənin də olduğu 16 ölkəyə kiber hücum təşkil etdiyi ortaya çıxıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Kaliforniyada yerləşən Cylance təhlükəsizlik firması məyyən edib ki, iki ildir edilən virtual hücumlar zamanı İran 16 ölkədə strateji əhəmiyyətə malik enerji, nəqliyyat və səhiyyə xidmətlərinin də içində olduğu 50 nöqtəyə nfuz etməyə çalışıb.
İranlı hakerlər Türkiyə, ABŞ, Kanada, İsrail, Hindistan, Qatar, Küveyt, Meksika, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, Çin və Cənubi Koreyaya qarşı kiber hücum təşkil edərək, bu dövlətlərin gizli məlumatlarını ələ keçirməyə çalışıb.
Cylance-nun hesabatına görə, iranlı hackerlər ABŞ Dəniz Qüvvələrinin San Dieqodakı kompüter şəbəkəsinə girərək ölkə daxilində olan dənizçi və vətəndaşlar arasındakı ünsiyyətə müdaxilə edib. Bundan başa təcavüzkarlar böyük hava yolları şirkətləri, tibb fakültələri, enerji şirkətləri, avtomobil və təbii qaz istehsalçıları, hərbi birliklər barədə məlumatları daələ keçirməyə çalışıb.
Nihad