25 Avqust 2022 13:00
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey dənizində NATO missiyasını yerinə yetirən Türkiyənin hərbi təyyarələri Yunanıstana məxsus F-16 qırıcıları tərəfindən təcavüzə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən yerli mətbuata məlumat verilib.

NATO-nun erkən xəbərdarlıq AWACS təyyarəsi və Egey dənizində “Nexus Ace” təlim missiyasını yerinə yetirən Türkiyənin 2 ədəd F-16 döyüş təyyarəsi Yunanıstan F-16-ları tərəfindən radar kilidi ilə təcavüzə məruz qalıb.

Türk təyyarələrinin yunan qırıcılarına dərhal lazımi cavabı verdiyi öyrənilib.

Yunanıstanın gərginliyi artırmaq üçün NATO missiyalarını hədəf almağa israrla davam etdiyini bildirən mənbələr son təcavüz olayı ilə Afinanın bunları qəsdən və planlı şəkildə etdiyinə diqqət çəkiblər.

Olayla əlaqədar NATO komandanlığı məlumatlandırılıb.

Bundan əlavə, Müdafiə Nazirliyindən bildirilib ki, Yunanıstanın bu davranışları müttəfiqlik ruhu ilə bir araya sığmır və uçuş təhlükəsizliyini önəmli dərəcədə risk altına alır.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri bundan əvvəl NATO-nun başqa bir missiyası çərçivəsində Şərqi Aralıq dənizində uçarkən, yunan qırıcıları tərəfindən təcavüzə məruz qalıb. Yunanıstan hərbi attaşesi bundan sonra Türkiyə Müdafiə Nazirliyinə çağırılıb və yunan təyyarələrinin NATO-nun missiyasını təhlükə altına atmasına sərt reaksiya verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər