26 Avqust 2022 09:05
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçın dəhlizində vaxtilə yerləşən rus sülhməramlıları çəkilməlidir və yeni yolun üzərində dayanmalıdır. Azərbaycan öz tərəfindən sərhədə gömrük və sərhəd postunu qurmalıdır. Qarabağda yaşayan ermənilər sülhməramlılar tərəfindən təhlükəsizliyinin təmnatı olmaqla, vizasız gedib-gələ bilərlər. Xarici vətəndaşlar və ya Ermənistan vətəndaşları da bu yoldan Azərbaycanın müəyyən etdiyi əsaslar çərçivəsində istifadə edə bilər. Hazırda MDB ölkələri arasında viza yoxdur, gələcəkdə mümkündür ki, Azərbaycan və Ermənistan arasında da viza sistemi tətbiq edilməsin. Bu, daha çox Ermənistanın atacağı addımlardan asılı ola bilər”.

Bunu Teleqraf.com-a hərbi analitik Azad İsazadə bildirib.

O xatırladıb ki, bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə bir neçə sərhəd məntəqəsi qurmaq fikrində olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində məntəqə qururlarsa, burada sərhəd və gömrükçülərin əlində qanuni əsaslar olmalıdır ki, kimləri viza, kimləri vizasız buraxmalıdırlar: “Eləcə də hansı güzəştlərin tətbiq ediləcəyi müəyyənləşməlidir. Əlbəttə, bu məsələlər Azərbaycan və Ermənistan arasında razılaşdırılmalı, saziş bağlanmalıdır. Bu, ən optimal vəziyyətdir.

Amma biz anlayırıq ki, təxribatlar da olacaq, sülhməramlılara da çox ümid etmək olmur. Odur ki, biz yalnız öz silahlı qüvvələrimizi saxlamalı olacağıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər