Rusiya Şimali Atlantika və Arktikada hərbi fəallığını artırıb və bu, NATO-nun bu regiondakı əməliyyatları üçün maneədir.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Rusiyanın Şimali Atlantika regionunda NATO müttəfiqlərinin güclənməsinə müdaxilə etmək imkanlarını artırması Şimali Atlantika Alyansı üçün strateji problemdir”, - Stoltenberq bildirib.
O qeyd edib ki, NATO Rusiyanın Arktikada artan təsirinə qarşı mübarizə aparacaq və gələn təhdidlərə cavab verəcək.