26 Avqust 2022 22:27
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində İnqulets çayı üzərindəki Daryevskoye körpüsünə hücum edərək onun fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Raket və artilleriya bölmələri Daryevski körpüsünə nəzarətin təmin edilməsi də daxil olmaqla, atəş tapşırıqlarını yerinə yetirməkdə davam edir”, - məlumatda deyilir.

Qeyd edək ki, İnqulets çayı üzərindəki bu körpü Novaya Kaxovka (təxminən 35 km) və Xerson (təxminən 15 km) arasındakı M14 magistral yolunda yerləşir.

Bu, Ukrayna Silahlı Qüvvələrinin körpüyə ilk hücumu deyil. İyulun 23-də Ukrayna ordusu Daryevskoe körpüsünə də zərbələr endirib.


Müəllif: Nemət

Oxşar xəbərlər