Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrell Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyəti son dərəcə narahatedici adlandırıb.
Teleqraf.com xəbər verir ki, Avropanın ən böyük AES-i olan Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında Ukrayna-Rusiya qoşunları arasında toqquşmaların nüvə fəlakətinə səbəb ola biləcəyi ilə bağlı narahatlıq artır.
Elektrik stansiyası yaxınlığında davam edən qarşıdurmalardan və onun ətrafında baş verən yanğınlardan sonra enerji təchizatı kəsilib.
Borrell vəziyyəti narahatedici qiymətləndirirək Rusiyaya müraciət edib: “Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət son dərəcə narahatedicidir. Rusiya zədələnmiş elektrik xətlərini təmir etməli və Ukraynanın elektrik şəbəkəsi ilə tam əlaqəsini bərpa etməlidir. “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəsmilərinin obyektə daxil olmasına icazə verilməlidir”.