29 Avqust 2022 17:46
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Borjomi dərəsindəki yanğının təxribat nəticəsində baş verdiyini istisna etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə o, hökumətin iclasında danışıb.

“Bir çox insanda belə bir hiss var ki, ola bilsin, buna kimlərinsə səhlənkarlığı, bəlkə də güclü istilər səbəb olub. Bunun hansısa təxribat ola biləcəyi ilə bağlı versiyalar da var. Heç nə istisna edilmir”, - Gürcüstan baş naziri deyib.

Onun sözlərinə görə, istintaq bütün istiqamətlərdə işləməlidir:

“Heç nəyi istisna edə bilmərik, çünki ölkə daxilində fəaliyyət göstərən destruktiv qruplaşmaların mahiyyətini, təxribata meyllərini bilirik. Ona görə də istintaq bütün istiqamətlərdə işləməli və bütün suallara dolğun cavab verməlidir. Əminəm ki, belə də olacaq”.

Avqustun 19-da Kür çayının sağ sahilində, Borjomi rayonunun Kvabişxevi və Zovreti kəndləri arasında meşə yanğını baş verib. Yanğınla mübarizə onuncu gündür davam edir. Yanğınsöndürənlər gecə-gündüz işləyirlər.

Hazırda Borjomi dərəsində yanğının söndürülməsi prosesi son mərhələyə qədəm qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər