1 Sentyabr 2022 01:28
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yüksək rütbəli hərbçilər, siyasətçilər və ictimai xadimlər də daxil olmaqla 55 Kanada vətəndaşına sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamada Kanada Baş naziri Castin Trüdo administrasiyasının Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Bəyanatda qeyd olunub ki, 55 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi qarşılıqlılıq prinsipindən asılı olaraq qadağan edilib.

Bundan başqa, bəyanatda sözügedən şəxslərin siyahısı da dərc edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər