1 Sentyabr 2022 21:38
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko bir çox belaruslu kimi Rusiyanın Ukraynadakı addımlarını dəstəklədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Belarus lideri Rusiyanın müharibədə qalib gələcəyini iddia edib.

“Rusiya orada məğlub ola bilməz. Həm mən, həm də bir çox belaruslu bu məsələdə Rusiyanı dəstəkləyirik”, - Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Qərbdə Rusiyanı təcavüzkar olmaqda ittiham edirlər:

“Bəli, biz birlikdəyik. Əgər o zaman qabaqlayıcı xüsusi əməliyyat başlamasaydı, Belarus raket zərbəsinə məruz qalacaqdı”.

Lukaşenkonun iddiasına görə, Rusiya ilə müharibəyə ukraynalılar yox, Qərb və ABŞ hazırlaşıb:

“Təzyiq göstərəcəklər, Rusiyanı diz çökdürmək üçün hər şeyi edəcəklər. Amma Rusiya diz çökə bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər