“Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımı hərbi yolla qaytarmaq fikri axmaqlıqdır”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.
“Prezident Zelenskinin Krımı hərbi yolla ala biləcəyi fikri axmaqlıqdır. Krım SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovun yanlış “Sovet İttifaqının katolik kilsəsi qədər yaşayacağı” inamı sayəsində Ukraynaya verilib”, - eks-kansler bildirilib.
Zelenski Krımı Rusiyadan nə yolla olur-olsun azad edəcəyini bildirib:
“Ukrayna Krım yarımadasını özünün doğru hesab etdiyi istənilən yolla Rusiyadan geri alacaq və bunun üçün başqa ölkələrlə məsləhətləşməyə ehtiyac yoxdur”.