Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Aralıq dənizində türk hərbi təyyarələrinə müdaxilə etməsinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri Yunanıstanı tarixdən dərs çıxarmağa çağırıb.
“Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bunun bədəli çox ağır olacaq. Yunanıstan üçün bircə cümləmiz var: İzmiri unutma”, - Ərdoğan bildirib.
İzmirin Qurtuluşu 1922-ci ilin avqustun 26-da başlayan Böyük Hücum əməliyyatı nəticəsində türk ordusunun sentyabrın 9-a Yunanıstanın işğalı altında olan İzmirə daxil olması ilə yadda qalan hadisədir. İzmirin azad edilməsi Milli Mübarizə dönəmində türk millətinin qurtuluş və istiqlal rəmzinə çevrilmiş çox önəmli tarixi hadisədir.