13 Sentyabr 2022 17:00
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 19-da keçiriləcək Kraliça II Elizabetin dəfn mərasiminə Rusiya, Belarus və Myanma dəvət olunmayıb, İrana isə səfir səviyyəsində dəvət göndərilib.

Teleqraf.com xəbər verir ki, bunu İngiltərə baş nazirinin iqamətgahı açıqlayıb.

96 yaşında vəfat edən İngiltərə kraliçasının dəfn mərasiminə dünyanın hər yerindən 500-ə yaxın yüksək vəzifəli məmurun qatılacağı gözlənilir.

Kraliçanın dəfn mərasimində qeyri-adi protokol planlaşdırılıb.

Məlumata görə, Kraliça Elizabetin dəfn mərasimi üçün İngiltərənin səfirliklərinə ölkənin Xarici İşlər Nazirliyi tərəfindən həftə sonu rəsmi protokolla bağlı mesaj göndərilib.

Mesajda “Westminster Abbey” kilsəsindəki mərasimin izdihamlı olacağı, mərasimə qatılacaq dövlət və ya hökumət başçılarının yalnız özlərinə və həyat yoldaşları kimi yanlarında olacaq bir nəfərə yer ayrılacağı bildirilib.

Mərasimə liderlərin komandalarının və ailələrindən başqa şəxslərin qatılmasının mümkün olmadığı vurğulanıb. Bildirilib ki, liderlər iştirak etməsə, onları təmsil etmək üçün mərasimdə nazir kimi yüksək səviyyəli məmur iştirak edə bilər.

Qeyd edək ki, İngiltərə kraliçası II Elizabet sentyabrın 8-də yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində vəfat edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər