Rus ordusu gecə saatlarında Zaporojyedə infrastruktura hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə merin səlahiyyətlərini icra edən, Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev məlumat verib:
“Zaporojye yenidən düşmən hücumuna məruz qalıb. Şəhərin infrastruktur müəssisələrindən birinin yaxınlığında partlayış qeydə alınıb. Zərbə səbəbindən işıqlar kəsilib”.
Qeyd edək ki, bu gecə şəhərdə hava xəbərdarlığı dəfələrlə - saat 00:04-dən 00:24-dək, 02:00-dan 02:53-dək, 05:59-dan 06:12-dək elan edilib.
Sosial şəbəkələrdə gecə yarısından az sonra partlayışlar barədə məlumat yayılıb.