20 Sentyabr 2022 10:37
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 11-də İsveçdə keçirilən parlament seçkilərindən sonra hökuməti qurmaq vəzifəsini üzərinə götürən Mühafizəkarlar Partiyasının lideri Ulf Kristersson sabiq baş nazir Maqdalena Anderssonun katibi Oskar Stenströmün Türkiyə ilə NATO danışıqlarını davam etdirəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Kristersson Türkiyə ilə İsveç arasında danışıqlarının ciddi şəkildə davam etdiyini deyib.

O, iki ölkə arasında danışıqlar prosesinə Stenströmün rəhbərlik edəcəyini söyləyib:

“NATO məsələsi seçkilərdən əvvəl olduğu kimi bu gün də vacibdir. Danışıqlar başa çatana qədər məsələ vacib olaraq qalacaq. Anderssonsun katibi Oskar Stenströmə danışıqlara rəhbərlik etmək qabiliyyətinə güvənirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər