20 Sentyabr 2022 14:21
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbasdakı respublikalarda referendumların keçirilməsi (Rusiyaya birləşməyə dair – red.) tarixi ədalətin bərpası üçün böyük önəmə malikdir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Donbasda keçirilən referendumlar təkcə Luqansk Xalq Respublikası, Donetsk Xalq Respublikası və digər azad edilmiş ərazilərin sakinlərinin sistemli müdafiəsi üçün deyil, həm də tarixi ədalətin bərpası üçün böyük əhəmiyyət kəsb edir”, - Medvedyev bildirib.

O qeyd edib ki, Donbas respublikalarının Rusiyaya birləşməsindən sonra dünyada geosiyasi transformasiya geridönməz xarakter alacaq:

“Referendumlar keçirildikdən və Rusiyaya yeni ərazilər qəbul edildikdən sonra dünyada geosiyasi transformasiya geridönməz xarakter alacaq”.

Medvedyev əlavə edib ki, Donbasda Rusiyaya birləşmək üçün referendumlar keçirilməlidir.

TASS-ın məlumatına görə, Rusiya ordusunun nəzarətində olan Xerson vilayətinin “aidiyyəti qurumlar”ı da gün ərzində regionda Rusiyaya birləşməyə dair referendumun keçirilməsi perspektivi barədə bəyanat verə bilər.

Eyni zamanda, tanınmamış LXR-in İctimai Palatası bölgədəki rejimin başçısı Leonid Paseçnikə Rusiyanın subyekti kimi tanınması ilə bağlı dərhal referendumun keçirilməsi xahişi ilə müraciət edib. Belə bir müraciət Donetskdəki tanınmamış respublikanın başçısı Denis Puşilinə də ünvanlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər