21 Sentyabr 2022 10:42
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ərazi bütövlüyünü və xalqını qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazır olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

“Nüvə şantajı da işə düşdü. Söhbət təkcə nüvə fəlakəti təhlükəsi yaradan Qərbin təşviq etdiyi Zaporoje atom elektrik stansiyasının atəşə tutulmasından deyil, həm də NATO-nun aparıcı dövlətlərinin bəzi yüksək rütbəli nümayəndələrinin Ruiyaya qarşı nüvə - kütləvi qırğın silahlarından istifadənin mümkünlüyü və yolverilməzliyi ilə bağlı bəyanatlarından gedir”, - Rusiya prezidenti vurğulayıb.

Putin əlavə edib:

"Rusiya ilə bağlı bu cür bəyanatlara yol verənlərə xatırlatmaq istəyirəm ki, bizim ölkədə də müxtəlif məhvetmə vasitələri var, bəzi komponentlərində NATO ölkələrindən daha müasirdir. Ölkəmizin ərazi bütövlüyünə təhlükə yaranarsa, biz şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu blef deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər