21 Sentyabr 2022 16:49
3 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Noyabrın 20-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ölkənin bütün siyasi sisteminin köklü şəkildə yenidən qurulmasına start verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Əvvəllər elan edilmiş seçki cədvəlinə və ölkə konstitusiyasına uyğun olaraq, bu gün Qazaxıstan Respublikasında növbədənkənar prezident seçkilərinin 2022-ci il noyabrın 20-nə təyin edilməsi haqqında sərəncam imzaladım. Bütün siyasi sistemin kökündən yenidən qurulmasına gətirib çıxaracaq dövr başlayır”, - Qazaxıstan lideri bildirib.

Tokayev vurğulayıb ki, son üç ildə aparılan islahatlar dövlət-siyasi quruluşun yeni modelini formalaşdırıb:

“Ona görə də öz mesajımda seçki dövrünün bütün cədvəlini açıq şəkildə qeyd etdim. Beləliklə, bütün əsas dövlət qurumları mərhələli şəkildə sıfırlanacaq: prezident, parlament, hökumət, məclislər”.

Prezident yaxın vaxtlarda sosial-iqtisadi tərəqqiyə nail olmağa yönəlmiş yeni təşəbbüsləri əks etdirən seçkiqabağı platformanı təqdim edəcəyini bildirib:

“Hazırkı dövlət başçısı kimi seçki kampaniyasının ciddi şəkildə qanunvericiliyə uyğun, ədalətli, açıq, yerli və beynəlxalq müşahidəçilərin geniş iştirakı ilə keçiriləcəyinə təminat verirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər