Nepalın paytaxtı Katmandudan 400 kilometr qərbdə yerləşən Pokxarakada avtobus 600 metr hündürlükdən aşağı yuvarlanıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfərin öldüyü, 50-nin isə yaralandığı bildirilir.
Şahidlərin dediyinə görə, 38 nəfərlik avtobusa 67 sərnişin mindirən sürücü qəfildən idarəetməni itirib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Samir