8 Dekabr 2014 12:01
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövləti İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə sona çatana qədər İraq xalqının yanında olacaq.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah başlayacaq və 2 gün davam edəcək “Dünyada şiddətə qarşıyıq" adlı beynəlxalq konfrans üçün Tehranda olan iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə təşkil etdiyi mətbuat konfransında deyib. O, İranın qonşu ölkələrlə dostluq əlaqələri qurmaq istədiyini və radikal qrupların bütün dövlətlər üçün eyni təhlükə törətdiyini bildirib: “Terror və ifratçılıqla mübarizə sona çatana qədər bütün müsəlmanlar İraq xalqının yanında olacaq”.

Cəfəri isə bölgədə İŞİD-in daha da gücləndiyinə diqqət çəkərək, terror təşkilatına qarşı mübarizədə Tehranla əməkdaşlığa ehtiyac duyduqlarını qeyd edib.

Xatırladaq ki, dekabrın 9-10-da Tehranda baş tutacaq konfransa 40 ölkədən gələn nümayəndə heyətinin qatılacağı gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər