ABŞ nüvə silahına dair Kremlə xüsusi mesaj göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” qəzeti bildirir.
Məlumatda qeyd olunur ki, dünyanı sarsan nüvə təhlükəsindən sonra ABŞ-dan Rusiyaya gizli mesaj gəlib. Mesajda sözügedən addımın atılsa, Rusiyaya “ciddi nəticələrinin” olacağı haqda xəbərdarlıq edilib.
Qeyd edək ki, Rusiya lideri Putin “qismən səfərbərlik” elan edərkən nüvə silahından istifadə edə biləcəyi mesajını açıq şəkildə verib və “Bu, blef deyil” deməklə niyyətinin ciddi olduğuna işarə vurub.
Kremlin artıq Vaşinqtonun cavabından narahat olduğunu yazan qəzetin məlumatına görə, Putinin açıqlamaları Rusiya hərbçilərinin döyüş meydanında Amerikanın dəstəklədiyi Ukrayna qüvvələri qarşısında aciz duruma düşdüyü bir vaxta təsadüf edib.