30 Sentyabr 2022 00:26
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib.

O, vurğulayıb ki, "referendum"lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.

Quterreş qeyd edib ki, dövlət ərazisinin istənilən ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər