ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika rəhbərliyini Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanmasına töhfə verməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Tramp “Şimal Axını 1” və “Şimal Axını 2” qaz kəmərlərindəki təxribatla bağlı da danışıb.
O, ABŞ hakimiyyətini təmkinli olmağa çağırıb və Ukraynadakı vəziyyəti xatırladıb.
“Rusiya-Ukrayna fəlakəti heç vaxt olmamalı idi. Mən prezident olsaydım, əlbəttə, bu baş verməzdi. Boru kəmərlərinin bu şəkildə zədələnməsinə görə hər şeyi daha da pisləşdirməyə ehtiyac yoxdur. Strateji, ağıllı, təmkinli hərəkət edin, sövdələşməni elə indi bağlayın. Bu hər iki tərəfə lazımdır və hər ikisi bunu istəyir. Bütün dünya təhlükədədir. Bəlkə prosesə mən rəhbərlik etməliyəm?”, - Tramp söyləyib.