Donetsk vilayətinin Liman şəhərinin azad edilməsi əlamətdar hadisədir və ABŞ Ukrayna Silahlı Qüvvələrinin hazırda gördüyü işlərdən ruhlanır.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın müdafiə naziri Lloyd Ostin çıxış edib.
"Liman ruslar üçün təchizat xətti rolunu oynayırdı və onlar bu marşrutlardan insanları cənuba və qərbə köçürmək üçün istifadə edirdilər. Bu marşrutlar olmadan daha çətin olacaq. Ona görə də ruslar bir növ dilemma ilə üzləşirlər". Ukrayna mətbuatı Pentaqonun rəhbərinə istinadən məlumat yayıb.
Ostin əlavə edib ki, hazırda ukraynalılar irəliləməyə davam edir və ruslara ciddi problemlər yaratmaqda davam edirlər.