9 Dekabr 2014 08:40
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın şərqində, Papua əyalətinin Enoratali şəhərində baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, 20-dən çoxu xəsarət alıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, üsyançıların polis məntəqəsinə hücumundan sonra asayiş keşikçiləri odlu silahdan istifadə etməyə məcbur olublar.

Qeyd edək ki, ötən həftə Punçak-Caya dağı yaxınlığında separatçı “Azad Papua uğrunda” qruplaşmasının üzvləri İndoneziya polisinin iki xüsusi təyinatlısını qətlə yetiriblər.


Müəllif:

Oxşar xəbərlər