10 Oktyabr 2022 12:55
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqresmen Kris van Hollen Türkiyə ilə Liviya arasında karbohidrogen sahəsində əməkdaşlığa dair oktyabrın 3-də Tripolidə imzalanan anlaşma memorandumunu “təxribat aktı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Hollen yunan mediasına deyib:

“Liviya ilə imzalanan anlaşma memorandumu Türkiyənin Şərqi Aralıq dənizində yeni təxribatçı hərəkətidir”.

Konqresmen iddia edib ki, problem Ərdoğan Türkiyəsinin siyasətidir: “O, Rusiyaya, Putinə çox yaxındır. Rusiya, Kipr və İŞİD-ə qarşı döyüşən suriyalı kürd qardaşlarımızla bağlı siyasəti bizim və NATO-nun maraqlarına zərbə vurur”.

“Türkiyə Yunanıstana hücum edərsə ABŞ nə edəcək?” sualına Hollen belə cavab verib: “Ümid edirəm, Bayden hökuməti Türkiyə tərəfinə belə bir vəziyyətin ağır nəticələr verəcəyini bildirib”.

Qeyd edək ki, Demokrat Partiyasından olan Hollen yunan lobbi qruplarına yaxın siyasi fiqur kimi xarakterizə olunur.


Müəllif: Nemət

Oxşar xəbərlər