10 Oktyabr 2022 13:36
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oktyabrın 10-da səhər saatlarında Rusiya Ukraynaya 75 raket zərbəsi endirib. Onlardan 41-i Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanı, general Valeri Zalujnı bildirib.

“Rusiya Federasiyası Ukrayna ərazisinə hücum PUA-larından istifadə etməklə kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında 75 raket buraxıb. Onlardan 41-i hava hücumundan müdafiəmiz tərəfindən zərərsizləşdirilib. Silahlı Qüvvələr həmvətənlərini qorumaq üçün əllərindən gələni edirlər”, - deyə o qeyd edib.

General deyib ki, rusların hücumu davam edir: “Mən hamını sığınacaqlara getməyə çağırıram”.

Xatırladaq ki, oktyabrın 10-da səhər saatlarında Vinnitsa, Lvov, Kirovohrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Kiyev və digər şəhərlərdə bir neçə rayonda partlayışlar baş verib. Ruslar Ukraynaya kütləvi şəkildə hücum edir.

Məsələyə münasibət bildirən Ukrayna Prezidenti Vladimir Zelenski ölən və yaralananlar barədə danışıb: “Tammiqyaslı müharibənin 229-cu günü. Ümumiyyətlə onlar bizi və vətənimizi məhv etmək, öldürmək istəyirlər - Zaporojyedə evdə yatan insanlarımızı və ya Dneprdə, Kiyevə işə gedənləri...".

Ukrayna Müdafiə Nazirliyi də Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket hücumuna münasibət bildirib.

Nazirlikdən qeyd edilib ki, Rusiya Ukraynanın bir sıra rayon mərkəzlərinə hücum edib. Kiyev kütləvi raket zərbələrinə məruz qalıb. Mülki infrastruktur obyektlərinə hücum edilib:

“Ölkə boyu hava xəbərdarlığı davam edir. Qurbanlar və dağıntılar var. Rusiya Federasiyasının aksiyaları dinc əhaliyə qarşı yönəlib. Onlar torpağımıza gətirdiyi ağrı və ölümə görə cəzasını alacaqlar! Biz bunu edəcəyik”.

Eyni zamanda, müdafiə naziri Aleksey Reznikov heç bir raket zərbəsinin Ukraynanı parçalamayacağını vurğulayıb:

“Bizim cəsarətimiz heç vaxt onların raketləri ilə məhv edilməyəcək, hətta paytaxtımızın ürəyinə düşsə belə. Onlar da müttəfiqlərimizin əzmini sarsıtmayacaqlar. Onların dönməz şəkildə məhv etdikləri yeganə şey Rusiyanın gələcəyidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər