9 Dekabr 2014 23:05
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva Vaşinqtonla dialoqa hər zaman hazırdır, lakin heç bir halda öz maraqlarında güzəştə getməyəcək. Ölkələrimiz arasındakı hazırki böhran ilk deyil".

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair "Ria Novosti"-yə verdiyi müsahibəsində bildirib.

"Biz öz tərəfimizdən ABŞ-la konstruktiv və vicdanlı dialoqa hər zaman hazırıq. Bu dialoq ikitərəfli münasibətlərdə, beynəlxalq təhlükəsizliyin və sabitliyin qorunmasında ölkələrimizin məsuliyyət daşıdığı dünya arenasında ola bilər. Məsələ Vaşinqtonun nə vaxt Moskvanın maraqlarını nəzərə alaraq əməkdaşlığa hazır olmasındadır. Biz heç bir halda öz maraqlarımızda güzəştə getməyə hazırlaşmırıq", - deyə Sergey Lavrov bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Vaşinqton Moskvaya əməkdaşlıq etmək arzusunda olduğunu deyir, lakin ABŞ-ın Rusiyaya qarşı fəaliyyəti qeyri-dostluq xarakteri daşıyır: "Ukrayna böhranı ilə bağlı aramızda fikir ayrılığının olmasına baxmayaraq amerikalılar bizə çətin beynəlxalq problemlərin həllində əməkdaşlıq etmək arzusunda olduqlarını deyirlər".

Sergey Lavrov Rusiya ilə ABŞ arasında yüksək səviyyədə əlaqələrin kəsilmədiyini söyləyib: "Prezidentlər Vladimir Putin və Barak Obama bu il üç dəfə görüşüblər. Onlar bir müddət əvvəl Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının Pekində keçirilən sammitində və Brisbendə keçirilən "Böyük 20-lik" sammitində görüşüblər. Bundan başqa onlar 10 dəfə telefonla danışıblar, hansı ki, bu danışıqlar Ağ Evin təşəbbüsü əsasında baş verib".


Müəllif:

Oxşar xəbərlər