Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, könüllülərlə təlimlər zamanı terrorçular şəxsi heyəti atəşə tutublar. Hadisə nəticəsində 11 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı, terrorçuların cavab atəşi ilə məhv edildiyi bildirilir.