İranda ötən sutka ərzində 327 nəfər koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 144 519 nəfər, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 119 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 7,32 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,2 milyon təşkil edir.