19 Oktyabr 2022 08:42
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden oktyabrın 19-da Amerika administrasiyasının ölkədə benzinin qiymətini azaltmaq üçün yeni addımlarını açıqlayacaq.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Prezident son bir neçə ayda benzinin qiymətinin aşağı düşməsini təmin etmək üçün tarixi səy göstərib. Sabah ondan bu mövzu ilə bağlı daha ətraflı məlumat alacağıq", - deyə mətbuat katibi bildirib.

ABŞ-da benzinin pərakəndə satış qiymətinin artması neftin dünya qiymətlərinin artması fonunda qışın sonunda başlayıb. ABŞ-da yanacaq qiymətləri iyun ayında benzinin bir qallonu üçün orta hesabla 5016 dollar dəyərində pik həddə çatdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər