"Qazaxıstan hakimiyyəti balanslaşdırılmış dil siyasəti aparmalıdır, dövlət dilindən siyasi oyunlar üçün istifadə etmək yolverilməzdir".
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Qazax dilindən siyasi oyunlar üçün istifadə etmək yolverilməzdir. Bu cür səhvlər bəzi ölkələrdə faciəvi nəticələrə səbəb olub. Dövlətimiz qazax dilini dəstəkləmək üçün lazımi tədbirlər görür və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - dövlət başçısı bildirib.