“Yunanıstan getdikcə Amerikanın müstəmləkəsinə çevrilir”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan-Rusiya Dostluq Hərəkatının lideri Yannis Kotsailidis deyib.
Vaşinqtonun ölkəsindəki hərbi varlığını artırmaq fəaliyyətini tənqid edən Kotsailidis ABŞ-ın Yunanıstandakı hərbi bazalarının sayını 10-a çatdırmağı hədəflədiyini bildirib. O, Amerikanın daha 5-6 bölgədə hərbi baza qurmağa çalışdığını söyləyib.
“İnanıram ki, bu, yunan xalqının maraqlarına xidmət etməyəcək. Amerikalılar bununla Egey dənizində Çanaqqala boğazı və Ukraynadakı döyüş meydanına çox yaxın olmaq istədiklərini deyirlər. Aleksandrupoli Qərbin və NATO-nun Ukraynaya yardım üçün göndərdiyi silahların ötürülməsi üçün “qapı”ya çevriləcək və bu, yunanların marağında deyil. Yunanıstan son illər öz suverenliyini itirib”, - hərəkat lideri vurğulayıb.
Kotsailidis Yunanıstanın Amerikanın koloniyasına çevrildiyini və yunan xalqının əksəriyyətinin bunu qəbul etmədiyini deyib.
Kotsailidis Yunanıstan hökumətini öz şəxsi və ABŞ-ın maraqlarına xidmət etməkdə ittiham edib.