Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada anadal olmu, lakin Rusiyada fəaliyyət göstərən müğənnilər Taisiya Povaliy, Ani Lorak və Anna Sedokova, həmçinin teleaparıcı Regina Todorenkoya qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, müvafiq sənəd dövlət başçısının saytında dərc olunub.
Qeyd olunur ki, sanksiyalar beş il müddətinə tətbiq edilib və aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, ticarətə qadağa və kapitalın Ukraynadan çıxarılması, Ukraynada özəlləşdirmə və icarə işlərində, torpaq alınmasında iştirak qadağası daxil olmaqla, 15 məhdudiyyət bəndini əhatə edir.
Bundan başqa, adları çəkilən şou-biznes nümayəndələri Ukrayna dövlət mükafatlarından da məhrum ediləcəklər.