22 Oktyabr 2022 08:29
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin yeni baş naziri Ulf Kristersson prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Teleqraf.com xəbər verir ki, nazir məktubunda Ankaraya səfər etməyə hazır olduğunu bildirib.

“Ümid edirəm ki, tezliklə sizinlə NATO ilə bağlı ətraflı müzakirə apara bilərik. Sizə uyğun olan kimi Ankaraya gəlməyə hazırıq”,- deyə isveçli nazir Türkiyə liderinə məktubunda bildirib.

Kristersson Türkiyənin narahatlığını ciddi qəbul etdiklərini deyib:

“PKK və digər terror təşkilatlarından gələn təhdidlər də daxil olmaqla, terrorun bütün formaları ilə mübarizədə əməkdaşlıq etmək istəyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər