"Avropa İttifaqı (Aİ) hərbi əməliyyatların uzadılmasına sərmayə qoymaqla Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək istəyini nümayiş etdirmir".
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın fikrincə, onlar ağılsızcasına hərbi əməliyyatları davam etdirmək üçün böyük sərmayə qoymağa davam edirlər. Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün əlavə (daha 500 milyon avro) maliyyələşdirilməsi və Ukraynaya hərbi dəstək üçün Aİ missiyasının yaradılması ilə bağlı qərarlar, eləcədə digər məsələlərlə buna yönəlib”, - Zaxarova bildirib.
O vurğulayıb ki, Aİ sammitində qəbul edilən qərarlar Aİ siyasətinin qarşıdurma xarakterini təsdiqləyir.
“Biz Rusiyanı “Ukraynanın mülki infrastrukturunu atəşə tutmaqda” ittiham etməyi ikiüzlülüyün zirvəsi hesab edirik. Avropa İttifaqı 8 il ərzində Kiyev rejiminin Donbas ərazilərini atəşə tutması nəticəsində dinc əhalinin, qadınların və uşaqların öldürülməsinə göz yumur. Ona görə də İttifaq hərbi cinayətlər haqqında nəsə demək üçün mənəvi hüququnu itirib”, - Zaxarova vurğulayıb.