23 Oktyabr 2022 13:59
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın baş naziri Liz Trass London yaxınlığındakı Dama kənd iqamətgahında istefası münasibətilə ziyafət təşkil edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, növbəti ziyafət bazar gününə təyin edilib.

Bildirilir ki, Trass şənbə günü tədbir keçirərək hökumətinin nazirlərinə təşəkkür edib. Bu günkü şənliyi isə ən yaxın həmsöhbətlər və onların tərəfdaşları arasında keçiriləcək.

Məlumat üçün bildirək ki, oktyabrın 20-də Liz Trass hökumət başçısı vəzifəsindən istefa verdiyini elan etdi. O, 45 gün vəzifədə qalıb ki, bu da ölkə tarixində rekord qısa müddətdir.

Trass özü qeyd edib ki, təyinat zamanı Mühafizəkarlar Partiyasının ona həvalə etdiyi səlahiyyətləri yerinə yetirə bilməyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər