25 Oktyabr 2022 16:27
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsinin kəskinləşməsindən və vəziyyətin daha da pisləşməsindən qorxuram”.

Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Vəziyyətin yaxşılaşacağına ümid edirəm, amma bunu görmürəm. Qorxuram ki, vəziyyət daha da pisləşə. Problem ondadır ki, heç kim kompromisə getmək istəmir, hamı qarşı tərəfin məğlub olmasını istəyir. Nə qədər ki, hadisələr tezliklə aydınlaşmayacaq, münaqişə getdikcə kəskinləşəcək və vəziyyət bizim üçün daha da çətinləşəcək”, - Serbiya lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər