İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçeraq ziyarətgahında dindarlara atəş açıb.
Nəticədə 20 nəfər öldürülüb, 40-a yaxın insan isə yaralanıb.
Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilib.
Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.