27 Oktyabr 2022 13:05
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb.

Teleqraf.com bildirir ki, bu barədə NTV məlumat yayıb.

Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlama verib:

“Müalicəmizin davam etməsində xeyli insanın zəhməti var. Qəzadan dərhal sonra Azərbaycana gələn ailəmə xüsusilə minnətdaram. Bundan sonra müalicə ev şəraitində davam edəcək. Bütün tibb heyətinə, o cümlədən Türkiyə Səhiyyə Nazirliyinə səhhətimin normallaşmasında göstərdiyi xidmətlərinə təşəkkür edirəm".

***

10:35

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son durumu məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb.

O, Binəli Yıldırımı və Şamil Ayrımı müalicə aldıqları xəstəxanada ziyarət etdiyini və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Yıldırım və Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.

Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər