Frankfurta enən sərnişin təyyarəsinin təkər hissəsindən cəsəd tapılıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən gün baş verib.
Tehrandan Frankfurta enən “Lufthansa” hava yollarına məxsus təyyarənin alt hissəsində cəsəd müəyyən edilib. Sərnişinlər endikdən sonra təyyarədə edilən nəzarətlər zamanı meyitin təkər hissədə olduğu ortaya çıxıb. Aviaşirkət hadisədən sonra Tehrandan bugünkü reysi ləğv edib.
Meyitin kimliyi ilə bağlı açıqlama verilməyib. Ehtimala görə həmin şəxs İrandan qaçmaq istəyərkən Təyyarənin təkər hissəsində gizlənib, ancaq uçuş zamanı ölüb.
Hadisənin İranda hicab qaydalarına əməl etmədiyi səbəbilə keçən ay saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar zamanı baş verməsi və onlarla insanın itkin düşməsi fonunda yaşanması diqqət çəkib.