29 Oktyabr 2022 14:07
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkəsindəki müharibəni dünyadakı digər savaşlarla müqayisə etmədiklərini deyib.

Teleqraf.com xəbər verir ki, ölkənin baş diplomatı müharibənin nə vaxt bitəcəyi ilə bağlı suala da cavab verib.

“Reallıqda bu müharibə Ukraynanın qələbəsi üçün nə qədər lazımdırsa, o qədər davam edəcək və sonda mütləq qələbə qazanacağıq”, - Kuleba bildirib.

Nazir ukraynalıları qələbənin vaxt aparacağına hazırlaşmağa çağırıb: “Bir neçə həftə, bir ay, altı ay, bir il - dəqiq bilinmir. Odur ki, “qışa” və ya “yaza” kimi son tarixlər təyin etməyin”.

Kuleba vurğulayıb ki, genişmiqyaslı müharibənin ilk həftəsində ukraynalılar güclü müqavimət göstərdikdən sonra digər dövlətlər də onlara inanmağa başlayıblar: “Bundan əvvəl dünyada bir çox insan Ukraynanın bir neçə gün belə rus işğalına tab gətirməyəcəyinə inanırdı”.

Ukraynalı nazir əmin idi ki, Rusiyanın Ukraynadakı itkiləri 10 000-i keçdikdən sonra Rusiya dayanacaq. Amma o, səhv etdiyini etiraf edir: "Putin öz vətəndaşlarının həyatına etinasız yanaşır.

Yeri gəlmişkən, diqqət edin, bu yaxınlarda Avropa və Şimali Amerika ölkələrinin liderlərinin səslənən bütün bəyanatlarında Ukraynaya yardımın nə qədər önəmli ehtiyac olduğu çox açıq şəkildə ifadə olunur. Müharibənin əvvəlində, ilk aylarda belə deyildi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər