1 Noyabr 2022 14:16
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə tarixində ilk dəfə ümumölkə üzrə mülkü müdafiə təlimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu fövqəladə hallarla bağlı seminardakı çıxışında bildirib.

Onun sözlərinə görə, təlimlər noyabrın 12-i saat 18:57-də başlayacaq: “Təlimlə bağlı radiolar, televiziyalar elan verəcək”.

Nazir deyib ki, həmin gün Düzcədə baş verən zəlzələnin 23-cü ildönümüdür.

Xatırladaq ki, 1999-cu il noyabrın 12-i saat 18:57-də Türkiyənin Düzcə bölgəsində 7,2 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 845 nəfər ölmüş, 4 948 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər