1 Noyabr 2022 16:16
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini “potensial işğala hazırlıq” adlandırıb və ABŞ-a qarşı daha ​​güclü tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, XİN-in açıqlamasında Şimali Koreyanın özünü xarici hərbi təhdidlərdən müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə hazır olduğu bildirilib.

Açıqlamada ABŞ hərbi təlimlərə görə “sülh və təhlükəsizliyi pozan əsas günahkar” kimi göstərilib:

“ABŞ ciddi hərbi təxribatlarda israr edərsə, Şimali Koreya daha güclü təqib tədbirlərini nəzərdən keçirəcək”.

Şimali Koreya birgə təlimləri “potensial işğala hazırlıq” kimi qiymətləndirib.

Şimali Koreyanın dünən keçirdiyi raket sınaqlarından sonra gərginliyin artdığı Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hava təlimlərinə başladığı açıqlanıb.

ABŞ və Cənubi Koreya birgə təlimlərinin ilkini 2015-ci ildə keçirib. Təlimlər 2018-ci ildə Cənubi Koreyanın keçmiş prezidenti Mun Çe İnin Şimali Koreya ilə barışıq siyasətinin bir hissəsi olaraq dayandırılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər