Ukrayna Prezidenti Vladimir Zelenski dənizi görmək istədiyini, buna görə də qalib gəldikdən sonra ilk işinin Krıma getmək olacağını söyləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Çexiya televiziyasına müsahibəsində bildirib.
“Qələbədən sonra görəcəyim ilk iş Krıma getmək olacaq. Dənizi görmək istəyirəm”, - Zelenski jurnalistə cavab verib.
Jurnalist bunun nə vaxt olacağını soruşduqda prezident belə cavab verib:
“Təbii ki, qışda yox. Qışda dənizdə nə işim var? Ora isti olanda gedəcəm”.
Zelenskidən gələn ilin yayında Rusiya ilə müharibədə qələbə gözləyib-gözləmədiyi soruşulduqda cavabı belə olub:
“Kaş ki. Bunu istəyirəm. Qələbə qazanacağıq. Ümid edirəm ki, tezliklə olacaq”.