2 Noyabr 2022 19:36
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya bu gün 4 rusiyalı iş adamına sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniya Ukraynadakı müharibəni maliyyələşdirməkdə ittiham etdiyi 4 rusiyalı polad və neft-kimya maqnatlarına sanksiyalar tətbiq edib.

Onlardan ikisi Rusiyanın hasilat, nəqliyyat və tikinti sektorlarında pay sahibi olan Aleksandr Abramov və Alexander Frolovdur.

“Evraz” polad zavodunun sahibi Roman Abramoviçin ortaqlarından biri olan Aleksandr Abramovun 4,1 milyard funt sterlinq və Alexander Frolovun 1,7 milyard funt sterlinq dəyərində xalis sərvəti var.

Onların Böyük Britaniyada təxminən 100 milyon funt sterlinq dəyərində əmlak investisiyaları mövcuddur.

Sanksiyalara məruz qalan digər iş adamı, 902 milyon funt sterlinq sərvətə sahib olan Ayrat Saymiyev və sərvəti təxmin 977 milyon funt sterlinq olan Albert Şiqabutdinovdur.

Şiqabutdinov Tatarıstanın neft-kimya emalı sənayesinin 95 faizinə nəzarət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər