Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya ordusunun 1402 yüksək rütbəli hərbçisi öldürülüb.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Strategiya Komitəsinin OSINT tədqiqatçılarının məlumatlarına istinadən verdiyi məlumata görə, həlak olan rus zabitlər arasında iki general-leytenant və səkkiz general-mayor da var.
Eyni zamanda məhv edilən hərbçilərin təxminən dörddə biri yüksək rütbəli zabitlərdir.
“Ukraynada 1402 rus zabiti öldürülüb. Üstəlik, yüksək rütbəli zabitlər ümumi sayın 26%-ni təşkil edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ukraynada gedən müharibə zamanı Rusiya Federasiyasının 44 polkovniki, 98 polkovnik-leytenant və 193 mayor da həlak olub. Bundan əlavə, 279 kapitan, 471 baş leytenant, 235 leytenant, 72 ikinci rütbəli əsgər öldürülüb.