Avropa İttifaqı Polis Xidməti (Avropol) oktyabrın 26-29-da Balkanlar və Şərqi Avropa ölkələrində fəaliyyət göstərən cinayətkar təşkilatlara qarşı keçirilən əməliyyatlarda 382 nəfərin saxlanıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Europol Eurojust, Frontex və INTERPOL-un dəstəyi ilə Aİ-yə üzv 28 ölkənin təhlükəsizlik qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyatlarda 16 min personalın iştirak etdiyi bildirilib.
Qeyd edilib ki, 382 nəfərdən 159-u miqrant qaçaqmalçılığı, 112-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 38-i silah qaçaqmalçılığı, 2-si insan alveri, 71-i isə digər cinayətlərə görə saxlanılıb.
Əməliyyatlar çərçivəsində 32 min 665 avtomobil və 998 yerdə axtarış aparılıb, 75 min nəfərin şəxsiyyəti yoxlanılıb, təxminən 2 ton narkotik maddə, 5 min 402 marixuana bitkisinin kökü və çoxlu sayda odlu silah müsadirə edilib.
Europol bu əməliyyatlar nəticəsində 130 yeni araşdırma aparılacağını bildirib.