10 Noyabr 2022 21:37
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus hökuməti nasist simvolları siyahısına “Yaşasın Belarus” şüarını və buna verilən “Yaşasın” cavabını daxil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

DİN-in qərarında bildirilir ki, bunlar əsasən Belarus Milli Müdafiə Qüvvələrinin keçmiş döyüşçülərindən ibarət “Vaffen-SS”-nin 30-cu diviziyasının şüarı olub, antipartizan əməliyyatlarında istifadə edilib.

Beləliklə, belaruslara sağ əlini açıq ovucla qaldıraraq “Yaşasın Belarus!” deyə qışqırmaq, “Yaşasın!” cavabını vermək qadağan edilib.

Məlumatda qeyd edilir ki, bu şüarlar uzun müddətdir Belarusun vətənpərvər dairələrində ənənəvi salamlaşmaya çevrilib.

Şüarın 1863-1864-cü illərin üsyançı hərəkatının şifrəli danışıqlarından gəldiyi güman edilir.

Üsyançılar arasında belə bir dialoq olub:

- Kimi sevirsən?

- Belarusu sevirəm.

- Qarşılıqlıdır.

Şüarın müasir forması ilk dəfə Yank Kupalanın 1905-1907-ci illərdə yazdığı şeirində səsləndirilib.

İkinci Dünya Müharibəsindən sonra “Yaşasın Belarus!” şüarı belaruslu mühacirlər tərəfindən fəal istifadə olunub.

2021-ci ildə Belarus Daxili İşlər Nazirliyi müxalifətin istifadə etdiyi bu şüarın nasist simvolları siyahısına əlavə olunmasını təklif etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər